Son yeniləmə: 28 Dekabr 2021 14:10
Bayraqdar.info – Məşhur neft sənayeçisi, ictimai xadim, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin abidəsi hazırdır və abidənin açılması ilə bağlı məsləhətləşmələr aparılır.
Bayraqdar.info xəbər verir ki, bu sözləri mətbuat konfransında mədəniyyət naziri Anar Kərimov deyib.
Nazir bildirib ki, 2023-cü ildə Tağıyevin anadan olmasının 200 illiyinin keçirilməsi də planlaşdırılır. Həmçinin, Mədəniyyət Nazirliyi Bakı Media Mərkəzi ilə birgə böyük xeyriyyəçi haqqında filmin çəkilməsi də nəzərdə tutulur.