Son yeniləmə: 28 Dekabr 2021 09:56
Bayraqdar.info – Dekabrın 27-də Ərdəbilli milli fəallar məhbus Azərbaycanlı fəal Əfşar Muhibə dəstək məqsədilə onun fotoları əks olunan afişaları şəhərin müxtəlif yerlərində yayıb, divarlara yapışdırıb və təhlükəsizlik, məhkəmə sisteminin ona qarşı təzyiqlərinə etiraz bildiriblər.
“Azad İran” Telegram kanalı xəbər verir ki, afişalarda “Azərbaycanın milli-mədəni fəallarına azadlıq” məzmunlu şüarlar yazan fəallar həbsdə olan Azərbaycanlı fəalların azadlığını tələb ediblər.
Xəbərdə deyilir ki, İranın təhlükəsizlik və məhkəmə orqanlarının əməkdaşları Ərdəbilli milli-mədəni fəal Ə.Muhibbə qarşı təzyiq göstərir.
Dekabrın 22-də ailəsi ilə qısa telefon əlaqəsi saxlayan Ə.Muhibb Ərdəbil şəhərinin Ümumi və İnqilab Məhkəməsinin 3-cü bölməsinin istintaq idarəsinə çağırıldıqdan sonra “hakimiyyətə qarşı təbliğat aparmaq”da və “hökumətə müxalif qrup və təşkilatların xeyrinə təbliğat fəaliyyəti”ndə ittiham olunduğunu, Ərdəbilin mərkəzi həbsxanasına köçürüldüyünü deyib.
[…] Güney Azərbaycanda milli fəala dəstək aksiyası […]