Press "Enter" to skip to content

Dünya Etnosport Konfederasiyasının baş katibi Halim Aksu Bakıda

Halim Aksu Bakıda

Son yeniləmə: 28 Dekabr 2021 12:59

Bayraqdar.info – Dünya Etnosport Konfederasiyasının (DEK) baş katibi Halim Aksu və rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdədir.

Gənclər və idman naziri Fərid Qayıbov Konfederasiya baş katibini və nümayəndələri qəbul edib.

Dekabrın 28-də bayraqdar.info-ya Gənclər və İdman Nazirliyindən verilən məlumatda bildirilir ki, görüşdə DEK-in baş katibi Halim Aksu, korporativ əlaqələr direktoru Levent Akıcı və tədbirlər direktoru Salih Aksu iştirak edib. Qonaqları salamlayan nazir qonaqlara dövlət idman siyasəti sahəsində görülən işlər barədə məlumat verib.

“Görüşdə əsasən, 2022-ci ildə Bakının ev sahibliyi edəcəyi 5-ci Beynəlxalq Etnosport Forumuna hazırlıq məsələləri müzakirə edilib.

“Qeyd edək ki, pandemiya səbəbindən təxirə salınmış Forum gələn il keçiriləcək. Səmimi qəbula görə minnətdarlığını bildirən Halim Aksu Azərbaycanın digər beynəlxalq tədbirlər kimi, Dünya Etnosport Forumunu da yüksək səviyyədə təşkil edəcəyinə əmin olduğunu vurğulayıb”, – məlumatda belə deyilir.

Mission News Theme by Compete Themes.