Son yeniləmə: 28 Dekabr 2021 17:47
Bayraqdar.info – “Azərbaycanda COVID-19 pasportunun və immunitet sertifikatının müddətinə məhdudiyyət qoyulur”.
Bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın dekabrın 28-də keçirilən brifinqində deyib. Onun sözlərinə görə, gələn il fevralın 15-dən sonra COVID-19 pasportlarının müddəti 6 ay müəyyən ediləcək: “İkinci dozadan 6 ay sonra COVID-19 pasportu öz qüvvəsini itirmiş olacaq”.