Press "Enter" to skip to content

Antalyada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

Son yeniləmə: 27 Dekabr 2021 23:53

Bayraqdar.info – Dünyanın bir çox yerllərində olduğum kimi Antalyada da diaspor təmsiilçilərimiz fəaldır. Bu sırada Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin fəaliyyətini də xüsusi qeyd etmək yerinə düşər.

Belə ki, Dərnəyin təşkilatçılığı ilə 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib. Bu bardə bayraqdar.info-ya Dərnəyin sədr müavini Azər İsmayıl məlumat verib.

Bildirilib ki, dekabrın 24-də keçirilən tədbirdə, Antalyada yaşayan azərbaycanlılar, azərbaycanlı tələbələr və azərbaycansevər türk soydaşlarımız iştirak edib. Dərnək sədrinin və idarə heyətinin qurucu üzvləri çıxış edəərk soydaşalırmıza öz təbriklərini çatdırıblar. Çıxışlarda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlardan da bəhs edilib.

Təbrik çıxışlarından sonra, dərnəyə dəstək olan iş adamları Murat Aydına və Efe Hüseynova xatirə plaketləri təqdim olunub.

Tədbirin sürpriz qonağı olan Azərbaycanın Əməkdar artisti Aygün Mübariz də öz təbrikini həm söz, həm də musiqi ilə çatdırıb.

Mission News Theme by Compete Themes.