Press "Enter" to skip to content

34 tədqiqat işindən mühüm nəticə

AMEA

Son yeniləmə: 28 Dekabr 2021 11:52

Bayraqdar.info – AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda (İSİ) bu il 14 istiqamətdə aparılan tədqiqat işləri üzrə 34 mühüm elmi nəticə əldə olunub.

Dekabrın 28-də AMEA-dan bayraqdar.info-ya bildirilib ki, bu nəticələr əsasən siqnalların korrelyasiya analizinin nəticələrinin adekvatlığını təmin etməyə imkan verən texnologiyalar, PUA-nın müstəqil idarə olunması üçün metod və alqoritmlərin işlənilməsi, hərbi poliqonlarda ekosistemlərin vəziyyətinin kompleks qiymətləndirilməsi olub. Həmçinin, dinamik sistemlər üçün qeyri-lokal sərhəd şərtlərinin optimallaşdırılması, ehtiyatları xarab ola bilən xidmət-ehtiyatlanma sistemlərinin yeni riyazi modellərinin qurulması və digər istiqamətləri əhatə edib.

Mission News Theme by Compete Themes.