Son yeniləmə: 28 Dekabr 2021 14:10
Bayraqdar.info – Gələn il anadan olmasının 130 illiyi tamam olacaq Əhməd Cavadla bağlı Mədəniyyət Nazirliyi tərəfindən təkliflər hazırlanır.
Bayraqdar.info xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə hədəflər və nəticələr” mövzusunda keçirilən mətbuat konfransında bildirib.
Nazir deyib: “Təkliflər planı hazır olandan sonra dövlət başçısına təqdim ediləcək. Daha sonra bununla bağlı işlər həyata keçiriləcək. Eyni zamanda, Əhməd Cavadın ev muzeyinin yaradılması məsələsinə də baxılacaq”.