Son yeniləmə: 27 Dekabr 2021 09:41
Bayraqdar.info – Varşadada bits və rapid üzrə dünya çempionatı keçirilib. Yarışın birinci günündə qadın şahmatçılar rapid üzrə 4, kişilər isə 5 turda mübarizə aparıblar. Azərbaycan təmsilçilərindən ən yüksək nəticəni Zeynəb Məmmədyarova göstərib. Belə ki, 4 turda 3 xal toplayan şahmatçı bu nəticə ilə 14-cü pillədə qərarlaşıb. Digər şahmatçılar Gövhər Beydullayeva 2, Türkan Məmmədyarova və Xanım Balacayeva 1,5, Gülnar Məmmədova isə 1 xal toplayıblar.
Xəbər dekabrın 27-də bayraqdar.info-ya Azərbaycan Şahmat Federasiyasından verilib.
“Kişilərin yarışında şahmatçı Şəhriyar Məmmədyarov 5 turda 3,5 xal topalyaraq 26-cı sırada qərarlaşıb. Onunla eyni xalı toplayan Vasif Durarbəyli 39-cu yerdədir. Məhəmməd Muradlı 3, Rauf Məmmədov 2,5, Vüqar Əsədli, Aydın Süleymanlı və Xəzər Babazadə hərəyə 2 xal toplayıblar.
“Dekabrın 30-dək davam edəcək dünya çempionatının mükafat fondu 1 milyon ABŞ dolları təşkil edir.
“Qeyd edək ki, son dünya çempionatında – 2019-cu ildə Moskvada keçirilən analoji yarışda kişilər arasında Maqnus Karlsen həm rapid, həm də blits üzrə yarışların qalibi olub. Qadınların yarışında isə Hindistan şahmatçısı Humpu Koneru rapid, rusiyalı Katerina Laqno isə blits üzrə dünya çempionatının qalibi adını qazanıblar.