Son yeniləmə: 27 Dekabr 2021 13:16
Bayraqdar.info – Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələrinə master-klass keçirilib.
Bu barədə bayraqdar.info-ya dekabrın 27-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.
Bildirilib ki, master-klass Agentliyin əməkdaşları tərəfindən keçilib.
XI Məzun-Karyera Sərgisi çərçivəsində təşkil olunan master-klassda tələbələrə ilk olaraq Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri, işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatı sahəsində görülən işlərdən və gənclərin əmək bazarına çıxışını dəstəkləmək üçün həyata keçirilən layihələrdən danışılıb.
Həmçinin, Agentliyin mütəxəssisləri tərəfindən tələbələrə mövcud əmək bazarı, gənc kadrlara olan tələbat barədə məlumat verilib, uğurlu karyera üçün gələcək addımların müəyyənləşdirilməsinin əhəmiyyətindən danışılıb.
Daha sonra tələbələrin sualları cavablandırılıb.