Press "Enter" to skip to content

“Şahdağ”da vahid yoxlama məntəqəsi yaradılıb

Son yeniləmə: 27 Dekabr 2021 17:52

Bayraqdar.info – “Şahdağ” Turizm Mərkəzinə vahid yoxlama məntəqəsi yaradılıb. Məntəqə bura gəgən qonaqların COVID-19 pasportlarının yoxlanılmasını asanlaşdırmaqdır.

Bu barədə bayraqdar.info-ya dekabrın 27-də Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, “Şahdağ” Turizm Mərkəzinin girişində yerləşən vahid yoxlama məntəqəsinin formalaşdırılmasında əsas məqsəd qonaqların yoxlamadan yalnız 1 dəfə keçərək kompleksdə yerləşən hotel və restoranlara rahat və maneəsiz girişini təmin etməkdir.

Turizm mərkəzinin girişində yaşı 18-dən yuxarı olan COVID-19 pasportu yoxlanılır, peyvənd pasportuna malik olmayan qonaqlardan COVID-19-a qarşı immunitet və ya əks göstəriş sertifikatı tələb olunur.

Qeyd edək ki, əcnəbi vətəndaşlar xaricdə onlara verilmiş COVID pasportlarından istifadə edə bilərlər.
Həmçinin “Turizm Könüllüləri” Təşkilatı İctimai Birliyinin nümayəndələri hərəkətin idarə olunması prosesində yaxından iştirak edərək qonaqların sanitariya və gigiyena qaydalarına riayət etməsinə, həmçinin COVID-19 pasportlarının yoxlanılmasına nəzarət edirlər.

Mission News Theme by Compete Themes.