Press "Enter" to skip to content

Prokurorluq işçilərinin etik davranışı müzakirədə

Baş Prokurorluqda dəyirmi masa

Son yeniləmə: 27 Dekabr 2021 14:48

Bayraqdar.info – Baş Prokurorluğun Elm-Tədris Mərkəzində prokurorluq qurumlarının əməkdaşlarının iştirakı ilə dəyirmi masa keçirilib.

Baş Prokurorluqdan bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, dəyirmi masada iştirakçılara prokurorluq əməkdaşlarının xidməti və xidmətdən kənar davranışlarının tənzimlənməsi məqsədilə Baş Prokurorluğun 08 fevral 2008-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Etik Davranış Kodeksi” ilə bağlı məlumat verilib. Daha sonra isə, Prokurorluğun tarixində ilk dəfə olaraq ad hoc qurum olaraq təsis edilmiş Etik Davranış Komissiyasının fəaliyyəti barədə ətraflı danışılıb. Komissiyanın göstərdiyi gündən hazıradək icraatına daxil olmuş və baxılmış materiallar üzrə prokurorluq işçiləri tərəfindən vəzifələri ilə bir araya sığmayan fəaliyyətlə məşğul olma və ya belə hərəkətlərə yol vermə halları, Kodeksin tətbiqi təcrübəsi və Komissiyanın qərarları nəzərə çatdırılıb.

“Tədbir çərçivəsində prokurorluq əməkdaşlarının etik davranış qaydalarının nəzəri və tətbiqi əsaslarının təhlili, mövcud milli və beynəlxalq təcrübə öyrənilməklə bu sahədə işin təkmilləşdirilməsi istiqamətində Mərkəzin təklifləri təqdim edilib. Sonra isə digər qurumların əməkdaşlarının bu sahədə təklifləri dinlənilib və qarşılıqlı fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.