Press "Enter" to skip to content

Minalanmış ərazilərdə son dərəcə ehtiyatlı olmaq lazımdır

Minalanmış ərazilərlə bağlı maarifləndirmə

Son yeniləmə: 27 Dekabr 2021 12:06

Bayraqdar.info – Dekabrın 27-də Fövqəladə Hallar Nazirliyinin(FHN) təşkilatçılığı ilə Medianın İnkişafı Agentliyi və UNEC Tədqiqat Fondunun iştirakı ilə mina təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsində medianın rolu mövzusunda təlim keçirilib.

FHN-dən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin(XRXX) rəis müavini general-mayor Məhərrəm Həsənov Azərbaycanın tarixi Zəfərindən danışıb. O bildirib ki, hazırda əsas məqsəd işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi və yurdlarından didərgin düşən əhalinin geri qaytarılmasıdır. Dövlət qurumları əlaqəli şəkildə bu işlə məşğuldurlar. 2021-ci ilin yanvar ayından bəri Ağdam və Füzuli istiqamətlərində böyük ərazilər minadan təmizlənib.

Tədbirdə vurğulanıb ki, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsindən sonra gücünü dünyaya göstərdi. İndi cəmiyyəti maarifləndirmək lazımdır ki, minalarla bağlı daha ehtiyatlı olsunlar.

Sonra çıxış edən FHN-in mətbuat xidmətinin rəisi mayor Gülçin Mehdiyeva bildirib ki, minatəmizləmə işləri sürətlə davam edir. Bundan əlavə, əhalinin maarifləndirilməsi də çox önəmlidir. Minaların təmizlənməsi prosesinə təlim keçmiş itlər də cəlb edilib.

MİA -nın şöbə müdiri Əməkdar jurnalist Natiq Məmmədli diqqətə çatdırıb ki, əsas məqsəd insanları mina təhlükəsizliyi ilə bağlı məlumatlandırmaqdır. O deyib ki, düşmən tərəfindən təqdim edilən mina xəritələrinin dəqiqlik faizi çox aşağıdır. Buna görə işğaldan azad olunmuş ərazilərə qanunsuz səfərlər daha təhlükəlidir. Ona görə də indi əsas işlərdən biri media vasitəsilə insanları ya yazılı, ya da vizual formada məlumatlandırmaqdır.

UNEC Tədqiqat Fondunun media və dövlət qurumları ilə iş üzrə departament rəhbəri Ellada Əliyeva media planının hazırlanmasından danışıb. Qeyd edib ki, plan çox uğurla nəticələnib. Digər plan isə yanğınlarla bağlı olub. Bu, həm Qarabağda və digər ərazilərimizdə, həm də Türkiyə baş verən yanğınlar zamanı işin effektivliyinə müsbət təsir göstərib.

Mission News Theme by Compete Themes.