Press "Enter" to skip to content

“Media Kuboku”nun qalibləri müəyyənləşdi – XAÇMAZDA

Media Kuboku”nun qalibləri müəyyənləşib

Son yeniləmə: 27 Dekabr 2021 14:58

Bayraqdar.info – Xaçmazda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş şahmat üzrə ənənəvi “Media Kuboku”nun qalibləri müəyyənləşib.

Azərbaycan Şahmat Federasiyasından bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, ölkənin ilk uşaq televiziyası “ARB Günəş”in təşəbbüsü ilə keçirilən turnirdə müxtəlif media qurumlarını təmsil edən 20-dək şahmat həvəskarı mübarizə aparıb.

“Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü daha yaddaqalan etmək, həmçinin, media nümayəndələri arasında əlaqələrin möhkəmləndirilməsi və şahmatın təbliği məqsədi daşıyan yarış bir həftə davam edib.

“Gərgin mübarizə şəraitində keçən turnirdə Ayaz Sultanov birinci, Rəşad İsayev ikinci, Abbasqulu Səfərov isə üçüncü yeri qazanıb. Qalib gələn yarış iştirakçıları təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.

Mükafatlandırma mərasimində “ARB Günəş” televiziyasının rəhbəri Məhsim Məhsimov bildirib ki, Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir. “Xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız, hər il 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü böyük həvəs və coşqu ilə qeyd edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan şanlı Zəfər zamanı bir daha soydaşlarımızın eyni amal uğrunda yumruq tək birləşdiyinin şahidi olduq”.

Mission News Theme by Compete Themes.