Press "Enter" to skip to content

Mərkəzi Elmi Kitabxanada “Əzizə Cəfərzadə – 100” sərgisi

Əzizə Cəfərzadə - 100

Son yeniləmə: 27 Dekabr 2021 14:17

Bayraqdar.info – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Xalq yazıçısı, “Şöhrət” ordenli, görkəmli pedaqoq Əzizə Cəfərzadənin 100 illik yubileyinə həsr olunan sərgi təşkil edilib.

Bu barədə dekabrın 27-də bayraqdar.info-ya MEK-dən məlumat verilib. Bildirilib ki, sərgidə Əzizə Cəfərzadənin zəngin yaradıcılığını özündə əks etdirən nəşrlər nümayiş olunur. Yazıçının 12 cildlik “Natəvan haqqında hekayələr”i ilə başlayan “Seçilmiş əsərləri”ndə (2021) “Qobustan çökəklərində” romanı, “Qaratel”, “Manar sahillərində”, “Qoşqar”, “Bir zərrə iz…” və başqa povestləri, eləcə də ilk dəfə nəşr edilən qırx hekayəsi yer alıb. Bundan başqa, “Bakı-1501” (2015), “Bəla” (2016) tarixi romanları, “Azərbaycan qadın şairləri antologiyası” (2005), “Zərintac-Tahirə” (1996) romanı, “Gülüstan”dan öncə” tarixi romanı və digər maraq doğuracaq nəşrlər sərgidə yer alıb. Sərgidə yazıçının 35-dən artıq nəşri ilə yanaşı, onun haqqında yazılmış məqalələr, qəzet və jurnal materialları da Azərbaycan və rus dillərində nümayiş etdirilir.

Sərgi 2022-ci il yanvarın 15-nə kimi davam edəcək.

Mission News Theme by Compete Themes.