Son yeniləmə: 27 Dekabr 2021 11:24
Bayraqdar.info – Azərbaycan ilə Türkiyə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində qardaş ölkənin İsparta şəhərində keçirilən növbəti “Komando hazırlığı” kursunu müvəffəqiyyətlə bitirən hərbçilərimiz Vətənə qayıdıblar.
Müdafiə Nazirliyindən dekabrın 27-də bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, iki qardaş ölkə arasında mövcud hərbi əməkdaşlıq çərçivəsində hərbi qulluqçuların müvafiq kurslarda iştirak etməsində əsas məqsəd Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin və şəxsi heyətin peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsidir.