Press "Enter" to skip to content

Hulusi Akar Bosniya və Herseqovinadadır

Son yeniləmə: 27 Dekabr 2021 01:59

Bayraqdar.info – Türkiyənin milli müdafiə naziri Hulusi Akarın Bosniya və Hersoqovinaya səfəri başlayıb.
Bu barədə qardaş ölkənin Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Məlumatda qeyd edilib ki, H.Akar həmkarı Sifet Podziç tərəfindən Sarayevoda qarşılanıb.

Səfər çərçivəsində H.Akar Bosniya və Herseqovinanın Baş Qərargah rəisi general-leytenant Senad Masoviçlə də görüşəcək.

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvləri tərəfindən qəbul edilməsi planlaşdırılan H.Akar, daha sonra Kosovoya gedəcək. Səfər proqramına əsasən Kosovo müdafiə naziri Armend Mehaj ilə görüşəcək türkiyəli nazirin bu ölkənin prezidenti Vjosa Osmani tərəfindən qəbul ediləcəyi gözlənilir.

 

Mission News Theme by Compete Themes.