Press "Enter" to skip to content

Daha 3 qazi müalicə üçün Türkiyəyə göndərilib

Son yeniləmə: 27 Dekabr 2021 14:40

Bayraqdar.info – “YAŞAT” Fondu tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir. Bu günlərdə isə ağır yaralanan daha 3 qazi müalicə üçün Fond tərəfindən Türkiyəyə göndərilib.

Bu barədə bayraqdar.info-ya dekabrın 27-də “ASAN xidmət”dən məlumat verilib.

Bildirilib ki, “YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 157 qazi müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 116-sının müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Mission News Theme by Compete Themes.