Son yeniləmə: 27 Dekabr 2021 02:23
Recep Tayyip Erdoğandan Ekrem İmamoğluna sərt reaksiya
Bayraqdar.info – “Bunun adı İstanbula xəyanət, istanbullulara xəyanət, Türkiyəyə xəyanətdir”.
Bunu AK Partinin İstanbul Genişləndirilmiş İl Məşvərət Şurasındakı çıxışında Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan deyib.
Milliyetin məlumatına görə, çıxışında İstanbul Böyükşehir Belediyyesi Başqanı Ekrem İmamoğlunun addımlarına sərt reaksiya verən R.T.Erdoğan deyib: “Bilirsiniz, “İstanbul Böyükşəhər Bələdiyyəsində kadr artıqlığı var idi, israfçılıq var idi, İstanbul üçün borc almaq vətənə xəyanətdir” deyib vəzifəyə keçdilər. Heç bir iş görmədən bələdiyyənin borcunu 23,5 milyard lirədən 61 milyard lirəyə qaldırdılar. Görünən odur ki, 2024-cü ilə qədər bu borc rəqəmi 100 milyard lirə həddinə çatacaq”.
Türkiye Cümhurbaşqanı bunu xəyanət kimi dəyərləndirib: “Yeni iş görmək bir yana qalsın, onlar mövcud işləri belə idarə edə bilmirlər. İndi utanmadan öz bacarıqsızlıqlarını “maneə yaradılır” yalanı ilə ört-basdır etməyə çalışırlar. Amma dostlarımız sənədlərlə məsələnin həqiqətinin belə olmadığını sübut edirlər. Şəhəri idarə edə bilmirlər, amma böhtan atmağı, yalan danışmağı çox yaxşı bacarırlar. Həyatları yalandır, fəhlələrə, dükançılara, fermerlərə, istanbullulara yalan danışırlar. İnşallah, növbəti seçkidə xalq bütün yalanlarını bunların üzünə vurub, layiq olduğu yerə göndərəcək. Hər seçkidə olduğu kimi, 2023-cü il seçkilərində də İstanbul AK Partinin lokomotivi olacaq”.