Press "Enter" to skip to content

“AzerGold”un əməkdaşlarından xeyirxah addım

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti

Son yeniləmə: 27 Dekabr 2021 10:48

Bayraqdar.info – “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Qarabağ Dirçəliş Fonduna ianələr ediblər. Onlar bu xeyirxah addımı Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə atıblar.
Bu barədə bayraqdar.info-ya dekabrın 27-də Səhmdar Cəmiyyətdən məlumat verilib.

Bildirilib ki, qurumun kollektivi aylıq vəzifə maaşlarından ümumilikdə 60 min manatdan çox məbləğdə vəsaiti müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun tarixi qələbəsi nəticəsində işğaldan azad edilmiş torpaqlarımızda icra olunacaq quruculuq işlərinə dəstək olmaq məqsədi ilə Fonda köçürüb.

Qeyd edək ki, Qarabağ Dirçəliş Fondu Prezident İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə yaradılıb.

“AzerGold” ailəsinin bütün üzvləri bu istiqamətdə həyata keçirilən tədbirlərə dəstək göstərilməsi təşəbbüsünə qoşulmaqla dövlətimiz və xalqımızla həmrəy olduğunu bir daha bəyan edir.

Mission News Theme by Compete Themes.