Press "Enter" to skip to content

Min iki yüzdən çox şəxs poctalyon və operator işlərinə cəlb olunub

Son yeniləmə: 25 Dekabr 2021 13:56

Bayraqdar.info – DOST İş Mərkəzi tərəfindən 1231 nəfər ictimai işçi “İşsizin DOSTu” proqramı üzrə “Azərpoct” MMC və “Aztelekom” MMC müəsissələrində fəaliyyətə başlayıb. Bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İş Mərkəzi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “Azərpoct” və “Aztelekom” MMC-lər birgə reallaşdırılan yeni layihə əsasında reallaşıb.

Bu barədə bayraqdar.info-ya dekabrın 25-də ƏƏSMN-dən məlumat verilib. Bildirilib ki, onlar DOST İş Mərkəzi ilə bağlanmış əmək müqavilələri əsasında həmin müəsissələrdə poctalyon və operator işlərini yerinə yetirirlər. Layihə 60 rayonu əhatə edir.

“İşsizin DOSTu” proqramı çərçivəsində 56 min ictimai iş yeri mövcuddur.

Mission News Theme by Compete Themes.