Press "Enter" to skip to content

ƏƏSMN yenə də fərqləndi

Son yeniləmə: 25 Dekabr 2021 14:00

Bayraqdar.info – “ASAN xidmət indeksi” üzrə 2020-2021-ci il qiymətləndirməsinin nəticələrini açıqlanıb. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaş̧lara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən açıqlanan nəticələrə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2019-2020-ci ildəki 64.40 faizlik nəticəni daha da artırmaqla 2020-2021-ci ilə dair yeni qiymətləndirmədə 79.65 faiz nəticə ilə ikinci yerdə qərarlaşıb.

Həmçinin ünvanlı dövlət sosial yardımının təyin edilməsi xidməti (89.37 faiz) yeni qiymətləndirmədə ən yüksək nəticə qazanan xidmətlərdən biri kimi qeyd edilib.

Bu barədə bayraqdar.info-ya dekabrın 25-də ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, 2019-cu ildə aparılmış qiymətləndirmədəki 20-ci yerdən cəmi iki il ərzində 2-ci yerə yüksəlməsi Nazirliyin xidmətlərin keyfiyyətinin artırılması sahəsində mühüm uğurunu təzahür etdirir. Bu da, eyni zamanda, qiymətləndirmənin aparıldığı parametrlər, o cümlədən müraciət, xidmətdən yararlanma imkanlarının inkişaf etdirilməsi, şəffaflığın təmin olunması, vətəndaşların məlumatlandırılması, vaxt itkisinin qarşısının alınması, elektronlaşdırılma ilə bağlı prosesin sürətləndirilməsi və s. üzrə Nazirlikdə aparılmış sistemli və məqsədəuyğun islahatların müsbət nəticəsidir.

Qiymətləndirmə 24 mərkəzi icra hakimiyyəti orqanının 227, Bakı şəhərinin 13 yerli icra hakimiyyəti orqanının 124, kommunal xidmətlər göstərən 4 hüquqi şəxsin 48 xidməti daxil olmaqla, ümumilikdə 399 xidməti əhatə edib.

Mission News Theme by Compete Themes.