Press "Enter" to skip to content

Təhsil nazirinin müavini Həştərxana səfər edib

Həştərxanda tədbir

Son yeniləmə: 24 Dekabr 2021 10:56

Bayraqdar.info – Dekabrın 22-23-də təhsil nazirinin müavini Muxtar Məmmədov Rusiya Federasiyasının Həştərxan vilayətinə səfər edib.

Xəbər bayraqdar.info-ya Təhsil Nazirliyindən verilib.

Xəbərdə deyilir ki, səfər zamanı nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin Həştərxan şəhərində yerləşən abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub.

Daha sonra nazir müavini M.Məmmədov Həştərxan vilayətinin təhsil və elm naziri Yeqor Uqarovla birlikdə bu şəhərdə yerləşən Admiral S.O. Makarov adına Dövlət Dənizçilik və Çay Donanması İnstitutunu ziyarət edib. Nazir müavini İnstitutda fəaliyyət göstərən Azərbaycan auditoriyası ilə tanış olub. İnstitutun direktoru Olqa Karşatova ilə keçirilən görüş zamanı Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Həştərxanda tədbir

“Ziyarət çərçivəsində Həştərxan vilayətində fəaliyyət göstərən ali və orta-ixtisas təhsil müəssisələrinin nümayəndələri ilə görüş keçirilib. Görüş zamanı M.Məmmədov əməkdaşlığın genişləndirilməsi perspektivləri ilə bağlı öz fikirlərini bölüşüb. O,  ikili diplom proqramlarının həyata keçirilməsindən danışıb. Görüşdə nazir müavini Həştərxan vilayətinin ali təhsil müəssisələrini Rusiya-Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyasına üzv olmağa dəvət edib.

“Dekabrın 23 -də nümayəndə heyəti Həştərxan şəhərində yerləşən Heydər Əliyev adına 11 nömrəli məktəbi ziyarət edib, məktəbdə yaradılan şəraitlə tanış olub. M.Məmmədov Nazirlik adından məktəbin rəhbərliyinə kitablar hədiyyə edib.

“Bundan sonra Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və nazir müavini Muxtar Məmmədov tərəfindən məktəbin 4 müəlliminə “Tərəqqi” medalları təqdim olunub”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.