Son yeniləmə: 24 Dekabr 2021 09:51
Bayraqdar.info – Su təminatının daha da yaxşılaşdırılması diqqət mərkəzindədir. Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov bu məqsədlə videokonfrans şəklində görüş keçirib.
Bu barədə bayraqdar.info-ya qurumun mətbuat katibi Dilqəm Şərifov məlumat verib.
Bildirilib ki, Z.Mikayılovun rəhbərliyi ilə 26 rayon üzrə Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzi yanındaFermer və Koordinasiya Şurasının sədr və üzvləri ilə videokonfrans şəklində görüş olub. Sayca ikinci görüşdə Cəmiyyətin sədr müavinləri,aidiyyəti şöbə müdirləri, yerli istismar idarələri və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri iştirak ediblər.
Görüşün keçirilməsində məqsəd su təminatının daha da yaxşılaşdırılması və onların həll yolları ilə bağlı müzakirələrin aparılması olub.
Videokonfransda fermerlər tərəfindən qaldırılan məsələlər geniş müzakirə edilib. Həmçinin, rayonlarda suvarma suyu təminatına köməklik göstərilməsi məqsədilə təkliflər dinlənilib.
Z.Mikayılov qaldırılan məsələlərlə bağlı Cəmiyyət tərəfindən aparılan işlər barədə iştirakçıları ərtaflı məlumatlandırıb. O,fermerlərin təkliflərinə dair aidiyyəti üzrə tapşırıqlar verib və bu cür görüşlərin gələcəkdə də tez-tez təşkil olunacağını bildirib.