Press "Enter" to skip to content

Eltac Səfərli İspaniyada şahmat festivalında irəlilədi

Eltac Səfərli

Son yeniləmə: 24 Dekabr 2021 11:26

Bayraqdar.info – İspaniyanın Sitjes şəhərində keçirilən şahmat festivalı başa çatıb. Azərbaycan Şahmat Federasiyasından bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, turnirdə ən yaxşı nəticəni Eltac Səfərli göstərib. Belə ki, festivalın güclü A turnirində mübarizə aparan şahmatçı 10 turda 7,5 xal toplayaraq 7-ci pillədə qərarlaşıb. Azərbaycan şahmatçılarından Aydın Süleymanlı 7 xalla 19-cu, Məhəmməd Muradlı 6,5 xalla 26-cı olub.

İsveçrə sistemi üzrə keçirilən turnirdə 300-ə yaxın şahmatçı iştirak edib ki, onlardan da 55-i qrossmeysterlər olub.

Mission News Theme by Compete Themes.