Press "Enter" to skip to content

Düzgün qidalanmanın əhəmiyyəti

Son yeniləmə: 24 Dekabr 2021 13:23

Bayraqdar.info – Düzgün qidalanma insanları bir çox xəstəliklərə qarşı daha davamlı edir. Bunu qidalanma üzrə mütəxəssis Sergen Özdemir deyib.

Qeyd edək ki, Eskişehir Azərbaycanlılar Dərnəyinin bu həftəki “Çərşənbə söhbəti”nin mövzusu düzgün qidalanma ilə bağlı olub.

Dərnəkdən bayarqdar.info-ya verilən məlumata görə, tədbirin moderatorları Sergen Özdemir və Mehmet Çolak “Günümüzdə düzgün qidalanmanın əhəmiyyəti” mövzusunda təqdimatla çıxış ediblər. Təqdimatda qida qəbulu zamanı nələrə diqqət edilməli olduğu izah edilib.

Söhbət zamanı qeyd edilib ki, düzgün qidalanma fiziki imkanlarla yanaşı zehni inkişafa da müsbət təsir göstərir. Bildirilib ki, düzgün qidalanma ilə yanaşı, aktiv həyat tərzi və su uzun, sağlam ömür sürməyə yardım edir. Düzgün qidalanma ilə yanaşı, hər bir insan orqanizminə fərdi yanaşılmasına diqqət yetirilməsinin vacibliyi də vurğulanıb.

Bəzi qidaların yalnız kalori verdiyi və heç bir qida faydasının olmadığı vurğulanıb. Eyni zamanda mövzu ilə bağlı seminarların davamlı ola biləcəyi bildirilib.

Sonda bu dəyərli məlumatı paylaşdıqları üçün moderatorlara təşəkkürnamə təqdim olunub.

Mission News Theme by Compete Themes.