Press "Enter" to skip to content

Aşıq Ələsgərin abidəsi ilə bağlı açıq müsabiqə

Aşıq Ələsgər

Son yeniləmə: 24 Dekabr 2021 19:54

Bayraqdar.info – Mədəniyyət Nazirliyi Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda ucaldılacaq abidəsinin eskiz layihələrinin hazırlanması üçün heykəltaraşlar arasında açıq müsabiqə elan edib.

Nazirlikdən bayraqdar.info-ya bildirilib ki, müsabiqə 2022-ci il martın 15-dək davam edəcək.

Eskiz layihələr Nazirliyin “Heykəltaraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə Ekspert komissiyası”nın üzvləri tərəfindən qiymətləndiriləcək. Layihələrin müzakirəsi qapalı şəraitdə keçiriləcək.

“Müsabiqənin qalibi barədə məlumatlar əsas mərhələ başa çatdıqdan 15 gün sonra, 2022-ci il martın 30-da Nazirliyin rəsmi saytında (culture.gov.az) yayımlanacaq. İkinci və üçüncü yeri tutan müəlliflərə müvafiq olaraq 2 min manat və min manat məbləğində pul mükafatı təqdim ediləcək.

“Qeyd edək ki, müsabiqə “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsinə dair Tədbirlər Planı” çərçivəsində Prezidentin 30 noyabr 2021-ci il tarixli “Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında” Sərəncamının icrasını təmin etmək məqsədilə həyata keçirilir”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.