Press "Enter" to skip to content

YSK-dan millət vəkilliyinə namizəd məmurlara müraciət

Son yeniləmə: 23 Dekabr 2021 08:06

Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətində yanvarın 23-də növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu arada isə Yüksek Seçim Kurumu millət vəkilliyinə namizəd olan məmurlara müraciət edib.

Bununla bağlı məlumatda deyilir ki, YSK həmin məmurlara gələn dekabrın 27-də məzuniyyətə çıxmalı olduqlarını xatırladıb. Çünki dekabrın 26-da artıq kimlərin namizəd kimi rəsmən qeydə alınacaqları tam bəlli olacaq.

Beləliklə, KKTC-nin müvafiq qanunlarına uyğun olaraq dekabrın 27-dən etibarən millət vəkilliyinə namizədliyi qeydə alınan məmurlar vəzifələrindən müvəqqəti olaraq ayrılmalıdırlar.

Mission News Theme by Compete Themes.