Son yeniləmə: 23 Dekabr 2021 11:55
Bayraqdar.info – Azərbaycan şahmatçısı Gövhər Beydullayeva yeniyetmə şahmatçılar arasında rapid üzrə FIDE onlayn Super Final yarışında uğurla çıxış edərək turnirin qalibi olub.
Bu barədə xəbər bayraqdar.info-ya dekabrın 23-də Azərbaycan Şahmat Federasiyasından verilib .
“Youth rapıd super fınal” adlanan turnirdə şahmatçı 18 yaşadək qızlar arasında 10 turdan səkkiz xal toplayaraq birinci yeri tutub. Bu yaş qrupunda daha bir şahmatçımız Mələk İsmayıl 5,5 xalla üçüncü pillədə qərarlaşıb.
Daha bir şahmatçı Xəzər Babazadə (16 yaş oğlanlar) isə altı xalla üçüncü yerə sahib olub.
Federasiyadan qeyd edilib ki, yarış 10, 12, 14, 16 və 18 yaş qrupunda dairəvi sistem üzrə keçirilib. Hər yaş qrupunda altı şahmatçı mübarizə aparıb. Belə ki, onlardan üçü dünya kubokundan, ikisi Qran-Pri seriyasından, biri isə FIDE klassik reytinqinə görə ən yaxşı oyunçu kimi iştirak edib. Turnirin ümumi mükafat fondu otuz min avrodur.