Press "Enter" to skip to content

Reqbi məşqçiləri üçün təlim

Reqbi təlimləri

Son yeniləmə: 23 Dekabr 2021 12:50

Bayraqdar.info – Azərbaycan Reqbi Federasiyası və Bədən Tərbiyəsi və İdman Mütəxəssislərinin Təlim-Tədris və İnkişaf Mərkəzi tərəfindən 20-22 dekabr 2021-ci il tarixlərində Qəbələ rayonunda reqbi idman növü üzrə məşqçilik təlimləri keçirilib.

Xəbər bayraqdar.info-ya dekabrın 23-də Gənclər və İdman Nazirliyindən daxil olub.

Təlimlərin sonunda Federasiyasının 1-ci vitse-prezidenti Elvar Osmanov, regionlar üzrə vitse-prezidenti Səbuhi Qarayev, Federasiyanın Baş katibi Əliniyaz Mirzəyev, Qəbələ rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov və BTİMTTİM-nin direktoru Miraqil Seyidzadə Gəncə, Sumqayıt, Göygöl, Samux, Şəki, Xocavənd, Şamaxı, Göyçay, Naftalan, Oğuz, Qəbələ, Qarabağ və Qafqaz-Arena reqbi klublarının məşqçiləri müvafiq sertifikatlarla təltif ediblər.

“İştirakçılara Azərbaycan yığma komandasının baş məşqçisi Vaqif Səadətxan və “Qarabağ” Reqbi Klubunun rəhbəri “World Rugby” Level 1 Coach sertifikatının sahibi Eldar Kərimov nəzəri və praktiki təlimlər keçib.

“Eyni zamanda üç gün davam edən təlimin sonunda federasiya rəsmiləri tərəfindən iştirakçılara reqbi topları və il ərzində ölkə yarışlarında qalib olmuş klublara fəxri fərmanlar təqdim edilib”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.