Press "Enter" to skip to content

Pensiya sahəsində əməkdaşlığa dair yeni saziş layihəsi

Son yeniləmə: 23 Dekabr 2021 14:51

Bayraqdar.info –Azərbaycanla Ukrayna arasında qarşılıqlı etimada və dəstəyə əsaslanan əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir iki ölkənin ikitərəfli formatda və beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığını qeyd edib.

ƏƏSMN-dən bayraqdar.info-ya dekabrın 23-də verilən məlumata görə, S.Babayevlə Ukraynanın sosial siyasət naziri Marina Lazebna arasında videoformatda görüş olub.

S.Babayev Prezident İlham Əliyevin siyasətində sosial sahənin inkişafının əsas prioritetlərdən olduğunu bildirib. Azərbaycanda aparılan sosial islahatlar, sosial ödənişlərin artırılması istiqamətində atılan ardıcıl addımlar, eləcə də bu günlərdə bu ödənişlərdə edilmiş ciddi artımlar barədə məlumat verib.

Ölkəmizin yeni milli brendi olan DOST konsepsiyasını, əmək, məşğulluq, sosial müdafiə sahələrində tətbiq olunan innovativ yenilikləri, proaktiv xidmətləri qeyd edib.

Ötən dövrdə Ukraynanın Sosial Siyasət Nazirliyi ilə ikitərəfli əməkdaşlıqdan bəhs edən S.Babayev əməkdaşlığın genişləndirilməsi üçün imkanların mövcud olduğunu diqqətə çatdırıb.

M.Lazebna ölkəsinin Azərbaycanla münasibətlərinin yüksək səviyyədə olmasının məmnunluq doğurduğunu vurğulayıb. O, əmək, məşğulluq, sosial müdafiə sahələrində əlaqələrin, təcrübə mübadilələrinin genişlənməsində maraqlı olduqlarını qeyd edib.

Görüşdə ötən dövrdə iki nazirlik arasında əməkdaşlığa dair formalaşan müqavilə-hüquq bazasına, gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb. Pensiya sahəsində əməkdaşlığa dair yeni saziş layihəsinin hazırlanması da müzakirə olunub.

Mission News Theme by Compete Themes.