Son yeniləmə: 23 Dekabr 2021 10:07
Bayraqdar.info – “Kərkükdə türkmənlərin haqqlarını, haqqlarını qorumaq bizim üçün çox önəmlidir”.
Türkmeneli TV xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.
Xatırladaq ki. H.Akarın sədrliyi ilə Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər, qüvvələr komandandanları, nazir müavini Yunus Emre Karaosmanoğlu və birlik komandanlarının iştirakı ilə videokonfrans keçirilib.
Videokonfransda Doğu Akdenizdəki proseslər, terrorla mübarizə əməliyyatları və yeni növ koronavirusla (COVID-19) mübarizədə görülən tədbirlər müdafiə və təhlükəsizlik məsələləri çərçivəsində müzakirə edilib.
Videokonfransda çıxş edən H.Akar “Siz üzərinizə düşən vəzifələri layiqincə yerinə yetirdiniz. Bunun üçün hamınızı təbrik edirəm. İnşallah, bundan sonra da eyni ciddilik və səmimiyyətlə, dialoq şəraitində fəaliyyət göstərərək bizə verilən tapşırıqların öhdəsindən gələcəyik”, – deyib.
Çıxışında H.Akar Kərkükdəki proseslərlə bağlı da fikir bildirib: “Kərkükdə türkmənlərin hüquqlarını, haqlarını qorumaq bizim üçün çox önəmlidir. Oradakı prosesləri çox yaxından izləyirik”.