Son yeniləmə: 23 Dekabr 2021 11:43
Bayraqdar.info – Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də videokonfrans keçirilib. ASC-nin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən videokofransa əkin sahələrinin su təminatı, bu ilin yekunları və gələn ilə hazırlıq müzakirə olunub.
Bu barədə bayraqdar.info-ya dekabrın 23-də qurumun mətbuat katibi Dilqəm Şərifov məlumat verib.
Bildirilib ki, konfransda Suvarma istemləri, Su Anbarları, Hidroqovşaqlar və Magistral Kanalların İstismarı idarələrinin rəhbər işçiləri ilə su bölgüsü, bu ilin yekunları və gələn ilə hazırlıqla bağlı müzakirələr aparılıb. Səhmdar Cəmiyyətin aidiyyəti şöbə müdirləri və mütəxəssislərinin içtirak etdiyi videokonfransda Zakir Quliyev çıxış edib.
O, öz çıxışında ölkə başçısı tərəfindən qarşıya qoyulmuş məqsəd və tapşırıqların vaxtında və operativ yerinə yetirilməsi istiqamətində ggörülən işlərdən danışıb. Sədr müavini əkin sahələrinin suvarma suyu ilə təmin olunması ilə bağlı müvafiq tapşırıqlar verib.