Son yeniləmə: 23 Dekabr 2021 09:55
Bayraqdar.info – Bu barədə dekabrın 23-də Təhsil Nazirliyindən məlumat verilib.
Müsahibə mərhələsində namizədlərin peşə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları, dünyagörüşü və şəxsi keyfiyyətləri yoxlanılır. Müsabiqə nəticəsində 211 nəfər direktor vəzifəsinə təyin edilib.
Müsahibələr Təhsil Nazirliyinin rəhbər şəxslərindən ibarət komissiya üzvlərinin iştirakı ilə həftədə 2 gün keçirilir. Hər müsahibə gününün sonunda nazirliyin rəsmi internet səhifəsindəki müvafiq bölmədə müsahibədə iştirak etmiş namizədlərin nəticələri elan edilir və onların şəxsi səhifələrinə göndərilir.
Müsahibələrin növbəti 3 ay ərzində davam edəcəyi nəzərdə tutulur. “Qeyd edək ki, cari ilin iyun ayının sonundan etibarən dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılıb.
“Ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin keçirilməsində əsas məqsəd prosesi mərkəzləşdirilmiş qaydada həyata keçirməklə şəffaflığın təmin olunması və sağlam rəqabət mühitinin yaradılmasıdır”, – deyə məlumatda bildirilir.