Press "Enter" to skip to content

Beynəlxalq Boks Federasiyasından Bakıda boksçulara hədiyyələr

Boks Federasiyasından hədiyyə

Son yeniləmə: 23 Dekabr 2021 15:07

Bayraqdar.info – Bakıda səfərdə olan Beynəlxalq Boks Federasiyasının (IBF) prezidenti Umar Kremlyov Azərbaycan Boks Federasiyasının (ABF) Boks Mərkəzində olub. Boksçular və məşqçilərlə görüşən rusiyalı funksioner onlara müxtəlif inventarlar hədiyyə edib.

Bu barədə xəbər bayraqdar.info-ya Gənclər və İdman Nazirliyindən verilib.

Kremlyov jurnalistlərə açıqlamasında yaradılmış şəraitdən və bu idman növünün Azərbaycanda inkişafından razılıq ifadə edib. Onun fikrincə, inkişafı sürətləndirmək lazımdır: “Sizin belə gözəl Boks Akademiyanız, çox güclü boksçularınız var. Son dünya çempionatı göstərdi ki, Azərbaycan boks ölkəsidir. Bura gəlmişəm ki, qlobal beynəlxalq tədbirlər təşkil edək, habelə, milli federasiya ilə idmançılar arasındakı çətinlikləri aradan qaldıraq. Məqsədimiz bütün idmançılara şərait yaratmaqdır”.

“Bu gün gənclər və idman naziri Fərid Qayıbovla görüşdə qarşılıqlı addımları müzakirə etdiklərini söyləyən qonaq tam dəstək aldığını diqqətə çatdırıb: “Ona, hökumətinizə və Prezident İlham Əliyevə idmana dəstək verdikləri üçün xeyli minnətdaram. Boksçular və məşqçilərlə də görüşdən sonra ABF prezidenti Kəmaləddin Heydərovla da müzakirələrimiz olacaq. Hesab edirəm ki, daha yaxşı təkmilləşmək və sevimli boksçularımıza şərait yaratmaq üçün danışıqlarımızda böyük mərhələ olacaq”.

Mission News Theme by Compete Themes.