Press "Enter" to skip to content

Bakıya qar yağır

Son yeniləmə: 23 Dekabr 2021 13:46

Bayraqdar.info – Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bayraqdar.info-ya bildirilib ki, ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var.

Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacaq. Bakıda gecə 1 dərəcə şaxtadan 1dərəcəyədək isti, gündüz 3-5 dərəcə isti olacaq.

“Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var”, – deyə məlumatda qeyd edilib.

Mission News Theme by Compete Themes.