Press "Enter" to skip to content

Azərbaycandan olan investorlar üçün BƏƏ-də biznes fürsətləri

Son yeniləmə: 23 Dekabr 2021 18:23

Bayraqdar.info – Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Bakıdakı səfirliyinin təşəbbüsü ilə vidokonfrans keçirlib.

Bu barədə bayraqdar.info-ya dekabrın 23-də səfirlikdən məlumat verilib.

Bildirilib ki, müvəqqəti işlər vəkili Abdalla Alshamsi, Azərbaycanın Dubaydakı ticarət nümayəndəsi Elnur Şükürov və Dubay Ticarət Palatasının Bakı ofisinin direktoru Sənan Nəsiblinin iştirakı ilə videokonfrans vasitəsilə investorlara təqdim edilən xidmətlərlə bağlı təqdimat olub.

Qeyd edilib ki, tədbirdə Azərbaycandan olan investorlar üçün Dubayla yanaşı, digər əmirliklərdə də mövcud olan biznes fürsətləri, eləcə də yeni yaradılan saytdan istifadə qaydası, güzəştlər, qanunlar, BƏƏ-dəki investisiya mühitinə dair digər məlumatlar verilib.

 

Mission News Theme by Compete Themes.