Press "Enter" to skip to content

“ASAN xidmət” mərkəzlərində “Eko-şam ağacları”

Son yeniləmə: 23 Dekabr 2021 18:22

Bayraqdar.info – “Eko – şam ağacı” sərgi-müsabiqəsi açıq elan edilib. Sərgi-müsabiqə “ASAN Könüllülük” Məktəbi “Yaşıl ASAN” ekoloji proqramı tərəfindən reallaşdırılır.

Bu barədə bayraqdar.info-ya dekabrın 23-də “ASAN xidmət”dən məlumat verilib. Bildirilib ki, layihə çərçivəsində Yeni il ərəfəsində ənənəvi olaraq Bakı və regional “ASAN xidmət” mərkəzlərində ASAN könüllüləri tərəfindən kağız və ya müxtəlif tullantılarından ibarət şam ağacları hazırlanır.

Təqdimat çərçivəsində bir ay ərzində mərkəzlərdə “Eko-şam ağacları” sərgilənir və müxtəlif nominasiyalar üzrə “ASAN xidmət” mərkəzlərinin komandaları təltif olunur.

2021-ci ilin eko-şam ağacları ilə tanış olmaq üçün 14.01.2021 tarixinə qədər Bakı və regionlarda yerləşən “ASAN xidmət” mərkəzlərini ziyarət etmək mümkündür. “Eko-şam ağacı” layihəsi 2016-ci ildən başlayaraq hər il Bakı və regional “ASAN xidmət” mərkəzlərində gerçəkləşir.

Mission News Theme by Compete Themes.