Son yeniləmə: 27 Dekabr 2021 15:14
Bu istiqamətdə yüklərin asan və daha təhlükəsiz çatdırılması məqsədi ilə dəmir yolu müasir standartlara uyğun yenidən qurulur
Bayraqdar.info – “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Sumqayıt-Yalama dəmir yolunda yenidənqurma işləri davam etdirilir. Bu istiqamətdə yüklərin asan və daha təhlükəsiz çatdırılması məqsədi ilə dəmir yolu müasir standartlara uyğun yenidən qurulur.
Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər.
Bayraqdar.info-nun Azərbaycanın şimal rayonları istiqamətində dəmiryollarında aparılan təmirlə bağlı sualına cavabda o da vurğulanıb ki, tikinti-quraşdırma işlərinin texnoloji ardıcıllığa uyğun olaraq mərhələli şəkildə 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur.
Məlumatda daha sonra deyilir: “Qeyd edək ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin daha da genişləndirilməsinə şərait yaradacaq”.
[…] ADY: Sumqayıt – Yalama dəmir yolunda yenidənqurma işləri davam etdirilir […]