Press "Enter" to skip to content

Qırğız rabitəçiləri Bakıda

Qırğız rabitəçiləri Bakıda

Son yeniləmə: 22 Dekabr 2021 14:35

Bayraqdar.info – Qırğızıstan Dövlət Rabitə Agentliyi Azərbaycanın “IMEI” – mobil cihazların qeydiyyat sisteminin Azərbaycanda işləmə mexanizmi barədə təcrübəsini öyrənmək istəyir.

Bu barədə bayraqdar.info-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) xəbər verilib.

Görüşdə nazir müavini Rövşən Rüstəmov türk dövlətlərinin kosmik agentlikləri və qurumlarının birinci işgüzar toplantısında iştirak məqsədilə ölkədə səfərdə olan Qırğızıstanın Rəqəmsal İnkişaf Nazirliyi yanında Dövlət Rabitə Agentliyinin direktoru Talant Kalıkovla görüşü zamanı aparılıb.

“Hər iki ölkə arasında İKT və kosmik sahəsi üzrə əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılan görüşdə mobil cihazların qeydiyyat sisteminin işləmə mexanizmi barədə təcrübə mübadiləsinin aparılmasından danışıblar.

“Qeyd edək ki, Azərbaycanda mobil cihazların qeydiyyatı 2013-cü ildən aparılır. Qeydiyyat zamanı mobil cihazın Beynəlxalq GSM Assosiasiyasının standartlarına uyğunluğu yoxlanılır. Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) Beynəlxalq GSM Assosiasiyası tərəfindən təsdiq olunmayan cihazların istehlakına icazə vermir. Bu standartlar texniki göstəricilərlə yanaşı insan orqanizmi üçün zərərli şüa yayan, keyfiyyətsiz mobil cihazların satışının qarşısını alır.

Qırğız rabitəçiləri Bakıda

“Ölkədə hər bir mobil cihazın IMEI nömrəsi şəbəkədən xidmət almağa başladığı tarixdən ən geci 30 gün müddətində qeydiyyata alınmalıdır. Bu qayda ölkəyə gələn xarici qonaqlar, turistlər tərəfindən xarici ölkə operatorunun SİM kartı ilə rouminq xidmətindən istifadə edilən cihazlara şamil olunmur. Yəni, onlar xarici ölkə operatorlarının SİM kartları ilə işləyən cihazlardan maneəsiz olaraq istifadə edə bilərlər.

“Mobil cihazların qeydiyyat sistemi itirilən və oğurlanan telefonların şəbəkədə istifadəsini mümkünsüz edir. İtirilən mobil cihaz sahibinin müraciəti əsasında həmin cihazdan respublika ərazisində istifadə dayandırılır”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.