Press "Enter" to skip to content

Ordu psixoloqlarının təlimi

Təlimlər keçirilib

Son yeniləmə: 22 Dekabr 2021 12:05

Bayraqdar.info – Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində birlik, birləşmə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri, qoşun növləri və qisimləri, eləcə də əlahiddə hərbi bölmələrin şəxsi heyətlə iş üzrə komandir müavinlərinin və psixoloqların təlim-metodiki toplantısı keçirilib.

Bu barədə bayraqdar.info-ya Müdafiə Nazirliyindən xəbər verilib. Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkənin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

“İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi general-mayor Bəkir Orucov 2021-ci tədris ili ərzində hərbi vətənpərvərlik tərbiyəsi, mənəvi-psixoloji hazırlıq, hərbi intizamın möhkəmləndirilməsi və digər sahələrdə görülən işlər barədə məlumat verib. Eləcə də o, 2022-ci tədris ilində bu istiqamətdə qarşıda duran vəzifələr barədə ətraflı danışıb.

“Toplantıda tərbiyəvi iş üzrə zabitlər ideoloji iş və mənəvi-psixoloji təminatın yüksəldilməsi istiqamətində cari il ərzində görülən işlərə, əldə olunan nailiyyətlərə və nöqsanların aradan qaldırılmasına dair məruzələrlə çıxış ediblər”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.