Son yeniləmə: 22 Dekabr 2021 17:35
Bayraqdar.info – “Bu gün imzaladığımız Anlaşma Memorandumu ölkəmizin dağ-mədən sektorunun gələcək inkişafı üçün atılmış növbəti uğurlu addımdır. Bilirsiniz ki, iqtisadiyyatın bütün sahələrində olduğu kimi, dağ-mədən sektorunda da qardaş Türkiyə ilə olduqca sıx əlaqələrimiz var. İmzaladığımız sənədlə iki ölkənin dağ-mədən şirkətləri ilə tərəfdaşlıq münasibətlərində yeni bir səhifə açılmış oldu”.
Bunu “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədənçilik sahəsində əməkdaşlığa dair İcra Sazişi çərçivəsində Anlaşma Memorandumunun imzalanmasına münasinbət bildirərkən deyib.
“AzerGold” QSC-dən bayraqdar.info-ya dekabrın 22-də verilən məlumata görə, Z.İbrahimov bildirib ki, memoranduma uyğun olaraq, elmi-texniki əməkdaşlığa dair razılığa gəlindi: “Sənəd yeraltı sərvətlərin axtarışı, qiymətləndirilməsi, məlumat və təcrübə mübadiləsi kimi istiqamətləri əhatə edir. Bununla yanaşı, memorandumu imzalayan tərəflər Azərbaycanda fəaliyyət göstərəcək birgə müəssisə və ya şirkətin yaradılması imkanlarını da araşdıracaq”.
“Əminəm ki, birgə əməkdaşlıq ölkəmizin sənaye əhəmiyyətli proqnoz resurslara malik filiz yataqlarının qiymətləndirilməsinə töhfə verəcək. Heç şübhəsiz, birgə aparacığımız tədqiqatlar gələcəkdə yeni investisiyaların cəlb edilməsi, yeni hasilat sahələrinin işə salınması ilə nəticələnək. Bu sənəd çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə beynəlxalq əməkdaşlığa da birgə töhfə verəcəyik”, – deyə o, əlavə edib.