Press "Enter" to skip to content

Gəncə Peşə Hazırlığı Mərkəzində yeni peşə kursları

Son yeniləmə: 22 Dekabr 2021 16:45

Bayraqdar.info – Gəncə Peşə Hazırlığı Mərkəzində “Mühafizəçi” və “Ofisiant” peşələri üzrə hazırlıq kurslarına başlanıb. Kurslar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil edilir.

Agentlikdən bayraqdar.info-ya dekabrın 22-də verilən məlumata görə, kurslar 6 saylı Ərazi məşğulluq filialı ilə “İmperial” restoranlar şəbəkəsi və “Vətən-N Mühafizə Xidməti” MMC şirkəti arasında imzalanan müqaviləyə əsasən təşkil edilir. Bu kurslara ümumilikdə 24 işsiz şəxs cəlb edilib. Peşə kursunun müddəti 1 aydır.

Peşəkar mütəxəssislər tərəfindən müdavimlərə nəzəri biliklərlə yanaşı, istehsalat təcrübəsi zamanı praktiki bilik və bacarıqlar da tədris olunacaq.

Peşə hazırlığı kursunu müvəffəqiyyətlə bitirən şəxslər müvafiq olaraq işlə təmin olunacaqlar.

Mission News Theme by Compete Themes.