Press "Enter" to skip to content

Dövlət Xidmətindən daha bir araşdırma

Son yeniləmə: 22 Dekabr 2021 16:23

Bayraqdar.info – İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti daha bir araşdırmaya başlayıb. Belə ki, Dövlət Xidməti mənzil-tikinti kooperativləri tərəfindən yeni inşa olunan çoxmənzilli binalarda suölçən cihazların quraşdırılması ilə əlaqədar antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyəti araşdırır.

Dövlət Xidmətindan bayraqdar.info-ya dekabrın 22-də verilən məlumata görə, məqsəd qanunvericiliyin tələblərinin və istehlakçıların mənafelərinin pozulmasına gətirib çıxara bilən halların qarşısının alınmasıdır.

Araşdırmalar su təchizatı və kanalizasiya müəssisəsinin vəsaiti hesabına quraşdırılmalı olan suölçən cihazların hüquqi əsas olmadan mənzil-tikinti kooperativlərinə satılması, sonradan isə dəyərinin həmin binaların sakinlərindən tələb edilməsi ilə “Sudan istifadə Qaydaları”nınvə istehlakçıların hüquqlarınınpozulmasına gətirib çıxara bilən hərəkətlərin əlamətləri üzrə aparılır.

Qeyd edək ki,Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilən “Sudan istifadə Qaydaları”nın 6.5-ci bəndinə müvafiq olaraq, mənzil-tikinti kooperativləri tərəfindən tikilən binalarda mənzil sahibi fiziki şəxs olan istehlakçılar üçünsu sayğacları təchizatçı müəssisənin vəsaiti hesabına təmin edilməlidir.

Mission News Theme by Compete Themes.