Press "Enter" to skip to content

“Bir millət, iki dövlət” adlı beynəlxalq rəsm müsabiqəsi başlayır

“Bir millət, iki dövlət” rəsm müsabiqəsi

Son yeniləmə: 22 Dekabr 2021 12:18

Bayraqdar.info – Təhsil Nazirliyinin dəstəyi, 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Bir millət, iki dövlət” adlı beynəlxalq rəsm müsabiqəsinə başlanılır.

Müsabiqənin məqsədi Azərbaycan və Türkiyənin təhsil müəssisələri arasında qurulan əməkdaşlığı daha da möhkəmləndirməkdir. Müsabiqə iki ölkənin uşaqları arasında dostluq və qardaşlıq əlaqələrini gücləndirmək, istedadlı məktəbliləri aşkar etməkdən ibarətdir.

Müsabiqə 3 yaş qrupunda (6-9, 10-13, 14-18) 2 mərhələ üzrə Respublikanın regionlarında və Bakı şəhərində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında keçirilir.

I mərhələ – 15 dekabr 2021-ci ildə başlayacaq və 28 fevral 2022-ci ildə başa çatacaq. Bu mərhələdə rəsm işləri 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin ünvanına (Azərbaycan, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 37. Az 1123) poçtla və yaxud 2-ugim@mail.ru elektron ünvanına göndərilməlidir.

II mərhələ – 1-15 mart 2022-ci il tarixlərini əhatə edəcək. Bu mərhələdə münsiflər heyəti tərəfindən qalib işlər müəyyənləşdirilir.

Müsabiqə üzrə tələblər aşağıdakılardır:
– Rəsmlər A3 formatda işlənməlidir;
– Rəsmlərin işlənmə texnikası sərbəstdir (rəngkarlıq, qrafika , kollaj və s.);
– Hər bir iştirakçı müsabiqəyə bir rəsm işi təqdim edə bilər;
– Müsabiqəyə təhsil müəssisəsindən hər yaş kateqoriyası üzrə 1 rəsm işi qəbul ediləcək;
– Müəllif haqqında məlumatlar etiket nümunəsinə uyğun çap olunub rəsmin arxa tərəfində yuxarı sol küncünə yapışdırılmalıdır;
– Müsabiqədə iştirak edən rəsmlər geri qaytarılmır.

Müsabiqənin qalibləri və fəal iştirakçılar Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplom və sertifikatları ilə təltif olunacaqlar.

Nazirlikdən verilən xəbərdə qeyd edilir ki, müsabiqə ilə bağlı sualı olanlar (+994) 12 372 72 63 və (+994) 55 994 57 86 telefon nömrələri ilə əlaqə yarada bilərlər.

Mission News Theme by Compete Themes.