Son yeniləmə: 22 Dekabr 2021 09:32
Təkmilləşdirmə işləri tamamlandıqdan sonra
Bayraqdar.info – “Dəmir yolu nəqliyyatı sisteminin bütün sahələr üzrə müasirləşdirilməsi davam etdirilir. Hazırda müxtəlif istiqamətlərdə sabit cərəyandan dəyişən cərəyan sisteminə keçidin təmin edilməsi istiqamətində işlər aparılır. Bu işlər tamamlandıqdan sonra qatarların ölkədaxili fəaliyyəti bərpa ediləcək”.
Bu barədə bayraqdar.info-ya “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər.
Bayraqdar.info-nun Bakı-Gəncə sürət qatarının fəaliyyətinin nə zaman bərpa olunacağına dair sualına cavab olaraq qurumdan onu da bildiriblər ki, dəyişən cərəyana keçid enerji və digər resurslara qənaətə, xərclərin optimallaşmasına, istismarın asanlaşmasına, qatarların hərəkət sürətinin artırılmasına imkan verəcək: “Məhz bunun üçün keçid çox önəmlidir. Təkmilləşdirmə işləri tamamlandıqdan sonra ictimaiyyətə bu barədə ətraflı məlumat veriləcək”.