Son yeniləmə: 22 Dekabr 2021 12:47
Bayraqdar.info – Bakı Slavyan Universitetinin V.f.Humbolt adına tədris və mədəniyyət mərkəzində alman dilində “Poeziya Günü” keçirilib. Tədbir Azərbaycan klassik ədəbiyyatının qüdrətli söz ustadları Nizami Gəncəvinin 880, İmadəddin Nəsiminin 650 və Aşıq Ələsgərin 200 illiyinə həsr olunub.
Bu barədə bayraqdar.info-ya dekabrın 22-də Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingiz Abdullayev bildirib ki, tədbir çərçivəsində dahi şəxsiyyətlərin əsərləri alman dilində təqdim olunub. Onların arasında Köln Azərbaycan Evinin dəstəyi ilə Almaniyada nəşr olunan yazıçı-alim Orhan Arasın “Nizami Gəncəvinin alman dilindəki aforizmləri”, Alman-Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə çap edilən “Nəsiminin seçilmiş əsərləri”, “Aşıq Ələsgərin şeirləri” də olub.
O da qeyd edilib ki, oktyabr ayında bu kitablar Almaniyanın “Frankfurt am Main” Beynəlxalq Kitab Sərgisində nümayiş etdirilib.