Press "Enter" to skip to content

“Vüqar Həşimov memorialı 2021″in yekun günü

"Vüqar Həşimov memorialı-2021"

Son yeniləmə: 21 Dekabr 2021 10:04

Bayraqdar.info – Dekabrın 21-də Azərbaycanın görkəmli şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnirdə rapid yarışlarına yekun vurulacaq.

Bu barədə bayraqdar.info-ya Azərbaycan Şahmat Federasiyasından xəbər verilib.

Xəbərdə bildirilir ki, rapid yarışlarının altıncı turunda Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov macarıstanlı Riçard Rapport, Rauf Məmmədov Çexiya təmsilçisi David Navara, Vüqar Əsədli rusiyalı Sergey Karyakin ilə qarşılaşacaq. Sabiq dünya çempionu hindistanlı Vişvanatan Anand isə ABŞ şahmatçısı Fabiano Karuanaya rəqib olub.

Sonuncu – yeddinci turda isə Ş.Məmmədyarov F.Karuana, R.Məmmədov S.Karyakin, V.Əsədli V.Əsədli V.Anand, R.Rapport isə D.Navara ilə üz-üzə gələcək.

Beş turdan sonra R.Rapport 13 xalla turnir cədvəlində birinci, F.Karuana 11 xalla ikinci pillədə yer alıblar. S.Karyakin 10 xalla üçüncü, Ş.Məmmədyarov, D.Navara 8 xalla 4-5-ci yerləri bölüşürlər. R.Məmmədov 6 xalla altıncı, V.Anand 3 xalla yeddinci, V.Əsədli isə 1 xalla sonuncudur.

Turnirin reqlamentinə əsasən, rapid yarışlarında bir tur iki oyundan ibarətdir.

“Qeyd edək ki, sayca yeddinci dəfə təşkil olunan Vüqar Həşimov memorialında şahmatçılar rapid və blits turnirlərində yarışırlar. Dekabrın 21-dək davam edəcək rapid yarışları 7 turdan ibarət olacaq. Dekabrın 22-23-də isə blits yarışları keçiriləcək. Rapid yarışı 15 dəqiqə + 10 saniyə, blits isə 5 dəqiqə + 3 saniyə nəzarət vaxtı ilə təşkil olunacaq.

“Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçirilir. Yarışa “Fairmont Baku” oteli ev sahibliyi edir.

“Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.