Press "Enter" to skip to content

Türk lirəsindən heyrətamiz sıçrayış

Son yeniləmə: 21 Dekabr 2021 09:54

Recep Tayyip Erdoğanın çıxışı türk parasına dəyər qazandırdı

Bayraqdar.info – Artıq iki aya yaxındır hər keçən gün ABŞ dolları və avro qarşısında dəyər itirməkdə olan türk lirəsi dekabrın 20-si gecədən etibarən özünə gəlməyə başlayıb. Bəli, həmin günün səhər saatlarında bir dollar 18, bir avro isə 20 lirəyə bərabər olsa da gecə saatlarında artıq lirə bir qədər qüvvətlənib.

Türkiyə birjalarındakı hazırki duruma görə, bir dollar 13 lirə 50 quruşa, bir avro isə 15 lirə 33 quruşa dəyişdirilir.

Onu da qeyd edək ki, lirənin özünə gəlməsinə təkan verən Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın dekabrın 20-də Nazirlər Kabinetinin iclasından sonra etdiyi kəskin çıxış olub.

Həmin çıxışında Cümhurbaşqanı lirə ilə bağlı baş verənlərin xaricdən idarə edilən bir oyun olduğuna işarə edib və hökumətin atacağı addımlarla bağlı ciddi mesajlar verib. Əslində, R.T.Erdoğanın həmin çıxışında işarə etdiyi məqamlarla bağlı bayraqdar.info olaraq öncəki gün geniş köşə yazısında toxunmuşduq.

II Abdülhamit və Recep Tayyip Erdoğan

Beləliklə, R.T.Erdoğanın qətiyyətli çıxışından sonra lirənin özünə gəlməsi Türkiyənin daxili və xarici düşmənlərini kədərə qərq edib.

Mission News Theme by Compete Themes.