Son yeniləmə: 21 Dekabr 2021 14:03
Bayraqdar.info – “Rayon təhsil şöbələri tam ləğv olunmur”. Bunu, təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin dekabrın 20-də imzaladığı müvafiq sərəncamları ilə bağlı təşkil olunan brifinqdə deyib.
Nazir bildirib ki, təhsil şöbələri regional təhsil idarələrinin bir qurumu kimi fəaliyyət göstərəcək.
Daha sonra nazir məktəbəqədər təhsil müəssisələrində təhsilin keyfiyyətinin yüksəldiləcəyini bildirib. O qeyd edib ki, müəllimlərin və tərbiyəçilərin bilik və bacarıqları artırılacaq.
“Azərbaycanda 1 min 825 məktəbəqədər təhsil müəssisəsi var. Məktəbəqədər təhsil müəssisələrində 126 mindən çox uşaq təhsil alır. Bu uşaqların 121 min 385-i dövlət məktəbəqər təhsil müəssisələrində oxuyur. Məktəbəqədər təhsil müəssisələrində işləyən müəllimlər və tərbiyəçilər üçün təlimlər təşkil olunacaq, onların diaqnostik qiymətləndirilməsi aparılacaq. Bu təhsil müəssisələrinin 1 min 692-si dövlət məktəbəqədər təhsil müəssisələridir”, – deyə nazir vurğulayıb.