Son yeniləmə: 21 Dekabr 2021 14:44
Bayraqdar.info – “Həm Bakıda, həm də işğaldan azad edilən ərazilərdə Zəfər muzeyləri yaradılır və bununla bağlı işlər davam etdirilir”.
Bu sözləri “Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah” mövzusunda keçirilən konfransda iştirak edən mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, məsələ ilə bağlı həm yerli, həm də xarici ekspertlər cəlb edilib: “Muzeyin həm konsepsiyası və içindəki məzmunu ilə bağlı işlərə kompleks şəkildə baxırıq. Bunların hamısının həlli üçün işlər aparılır”.
Daha sonra nazir bildirib ki, Kino və Teatr agentliklərinin yaradılması planlaşdırılır. “Bu, müəyyən prosedurlar tələb edən prosesdir. Teatr Agentliyinin da yaradılması məsələsinə toxunan A.Kərimov bununla bağlı işlərin də görüldüyünü vurğulayıb: “Teatr Agentliyinin yaranması üzərində iş gedir. Bunun nə qədər səmərəli olacağı və istədiyimiz nəticələrə nail ola biləcəyimiz araşdırılır”.